Accessibility links

Bağdadın mərkəzində daha bir bomba hücumu


Bağdad polisinin bildirdiyinə görə, keçən gecə şəhərin mərkəzində avtomobilə yerləşdirilmiş bombanın partladılması nəticəsində azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Partlayışın Batavin məhəlləsində çox sayda restoranın yerləşdiyi ticarət məkəzində həyata keçirildiyi və yaxınlıqdakı bir neçə avtomobilin yandığı deyilir.

Hücuma görə məsuliyyəti hələlik öz üzərinə götürən olmasa da, paytaxtda bu kimi partlayışlar İslam Dövləti qrupunun yaraqlıları tərəfindən həyata keçirilir. Hökumət ölkənin şimal və qərb bölgələrindəki sünni müsəlmanları sıxışdırıb çıxarmaq üçün mübarizəni davam etdirir.

Bügünkü hücum İraqın baş naziri Heydər Əl-Abadinin BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfəri ərəfəsində baş verib.


XS
SM
MD
LG