Accessibility links

Bağdadın şiə məhəllələrinə hücumlar davam edir [Fotoqalereya]


Bağdadda azı 50 nəfərin ölümü ilə nəticələnən bomba hücumlarından bir neçə saat sonra silahlı şəxslərin paytaxtın cənubundakı Lətifiyyə şəhərindəki şiə ailələrin yaşadıqları evlərə hücum edərək, 16 nəfəri öldürdükləri bildirilir.

Rəsmilərin dediyinə görə, şiələrin yaşadıqları iki ev şəhərdə baş verən atışmadan sonra partladılıb. Keçən həftə də həmin şəhərdə azı 5 şiə öldürülüb.

Çərşənbə axşamı Bağdadın şiələrin çoxluq təşkil etdiyi məhəllələrdəki restoranlar, mağazalar və məscidlər bomba hücumlarına məruz qalıb. Ən çox ölüm isə paytaxtın Talibiyyə məhəlləsində olub. Rəsmilər həmin məhəllədə bir və ya bir neçə maşına yerləşdirilmiş bombaların partladılması nəticəsində azı 9 nəfərin öldüyünü bildirib.
XS
SM
MD
LG