Accessibility links

Sədr şəhərində bomba hücumu zamanı 60 nəfərin öldüyü bildirilir


Bu gün Bağdadın şiələrin yaşadığı şimal bölgəsindəki Sədr şəhərində avtomobilə yerləşdirilmiş bombanın partladılması nəticəsində azı 50 nəfər ölüb.

Partlayış səhər radələrində bazarında həyata keçirlib. Hadisənin şahidi olan bir şəxs hücumdan dəhşətə gəldiyini və hökumətin bunun qarşısını ala bilməyəcəyini düşündüyünü deyib.

Səhiyyə və təhlükəsizlik rəsmiləri ölənlərin sayının daha çox olacağından ehtiyat edir. Hücum zamanı azı 40 nəfərin də yaralandığı bildirilir.

Rəsmilərin bildirdiyinə görə, hücumun həyata keçirildiyi ərazıdə bir neçə binaya və avtomobillərə ciddi xəsarət dəyib.

Bağdadda, əsasən də şiələrin çoxluq təşkil etdiyi ərazilərdə bomba hücumları həyata keçirən İŞİD bu hücumun da məsuliyyətini dərhal öz üzərinə götürüb.

İŞİD hücumun intiharçı tərəfindən həyata keçirildiyini desə də, İraq rəsmiləri bunu rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG