Accessibility links

Bağdadda partlayışlar törədilib


İraq paytaxtı və ölkənin cənub bölgələrində avtomobilə yerləşdirilmiş bombaların partlaması nəticəsinə təxminən 23 nəfər ölüb, 80 nəfər yaralanıb.

Rəsmilər Bağdadda dörd bomba partlayışının baş verdiyini bildirib. Bombalardan birinin avtobus dayanacağında partladığı bildirilib.

İnsidentlərdən biri Bağdadda əsas etibarilə şiələrin yaşadığı Bayaa rayonunda İraqın Gənclər Nazirliyinə məxsus tamamlanmamış binada baş verib.

Hücumlara görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb. Lakin şiələr İraqda ötən ildən bəri sünni islamçı yaraqlıların hədəfinə çevrilməkdədir.

Bağdaddan 100 kilometr cənubda yerləşən Hillah şəhərində üç bomba partlayışı baş verib. Şəhər yaxınlığında insan ölümülə nəticələnən daha bir neçə partlayış törədilib.

İraq son illər ən qəddar zorakılıqlara səhnə olub. Ötən ay təxminən min nəfər avtomobilə yerləşdirilmiş bomba partlayışları və atışmalar nəticəsində həlak olub.
XS
SM
MD
LG