Accessibility links

İraq baş naziri korrupsiya ilə mübarizədə siyasi islahatlara başlandığını bildirib


Parlamentə göndərilən təklifə görə, 3 vitse-prezident və baş nazirin 3 müavini vəzifələri ləğv edilə bilər

İraq baş naziri Heydər Əl-Abadi bazar günü keçirdiyi Nazirlər Kabineti iclasından sonra korrupsiyanın qarşısını almaq üçün "köklü siyasi islahatlar" başlandığını bəyan edib.

İraq dövlət televiziyası ilə yayımlanan bəyanatda deyilir ki, təklif olunan siyasi islahatlara əsasən 3 vitse-prezident və baş nazirin 3 müavini vəzifələri ləğv ediləcək.

Hökumət sözçüsü Səid Əl-Haditi dövlət televiziyasına bildirib ki, Kabinet yeni islahatlara nəzər salaraq onu müzakirə üçün parlamentə göndərib. Təklif iki çərşənbə axşamı günü səsverməyə qoyulacaq.

Xatırladaq ki, İraqın bir çox şəhərində korrupsiya və hökumətin elektrik enerjisinin təchizatında bacarıqsızlığı etiraz dalğaları baş qaldırıb.

Ali Ayətulla Əli Sistani də daxil olmaqla, şiə ruhani liderlər də hərəkatı dəstəkləyir.

İslahatlara görə vəzifəsi ləğv olunması nəzərdə tutulan baş nazirin müavini Baha Əl-Araci mətbuat konfransında şikayət edərək deyib k, korrupsiya yeni fenomen deyil və korrupsionerlər ifşa olunmalıdır.

XS
SM
MD
LG