Accessibility links

İraqın baş naziri apreldə Barak Obama ilə görüşəcək


Bazar ertəsi Ağ Ev İraqın baş naziri Heydər əl-Abadinin İslam Dövləti militantlarına qarşı davam edən döyüşləri müzarikə etmək üçün gələn ay Vaşinqtona səfər edəcəyini açıqlayıb.

Aprel ayının 14-də baş tutacaq görüş cənab əl-Abadinin ötən avqust baş nazir olduğundan bəri Birləşmiş Ştatlara ilk səfəri olacaq.

Prezident Barak Obama ilə görüş zamanı Birləşmiş Ştatlar və İraq arasında geniş-miqyaslı əməkdaşlığın da müzakirə olunacağı gözlənilir. Ağ Ev bunu “genişləndirilmiş siyasi, ticari və mədəni əlaqələr” adlandırıb.

ABŞ İraq və Suriyada döyüşən İslam Dövləti militanlarına qarşı hava hücumları təşkil edən koalisiyaya başçılıq edir. Quruda isə İraq qoşunları şiə militantları və kürd qüvvələri ilə birləşib İraq və Suriyanın bir hissəsini ələ keçirən militant qrupu geri itələməyə çalışırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG