Accessibility links

Bayden ABŞ-ın İraqdakı döyüş missiyasına son verildiyini bəyan edib


Prezident Co Bayden bazar ertəsi Ağ Evdə İraqın Baş naziri Mustafa əl-Kadimi ilə görüşü zamanı İraqdakı ABŞ qüvvələrinin döyüş missiyasını sona çatdıracağını bildirib.

Oval ofisdə İraq lideri ilə birlikdə jurnalistlərin suallarını cavablandıran Bayden Amerika qoşunlarının İraqdakı yeni rolunun "təlimlərə davam etmək, kömək və ehtiyac olacağı təqdirdə, İŞİD-ə (İslam Dövləti qrupu) qarşı mübarizə"dən ibarət olacağını deyib, lakin ilin sonuna qədər döyüş tapşırığı yerinə yetirməyəcəyini" qeyd edib.

Bayden hazırkı təxminən 2500 ABŞ əsgərinin nə qədərinin orada qalacağı haqda bir söz deməyib.

"Təhlükəsizlik sahəsindəki əlaqələr bütünlüklə təlimlər, məsləhət verilməsi, yardımlar, kəşfiyyat məlumatlarının mübadiləsi ilə əvəz olunacaq və ABŞ qüvvələrinin 31 dekabr 2021-ci il tarixinə qədər İraqdakı döyüş rolu dayandıralacaq" - deyə, texniki görüşlərdən sonra ABŞ və İraq tərəfindən bazar ertəsi yayımlanan birgə açıqlamada qeyd olunub.

"Bu, missiyada dəyişiklikdir. Bu, tərəfdaşlığımız, mövcudluğumuz, ya da İraq liderləri ilə sıx qarşılıqlı əlaqələrimizin aradan qaldırılması deyil" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki Oval ofisdə görüşdən əvvəl jurnalistlərə açıqlama verib.

Müdafiə naziri Lloyd Ostin şənbə günü Alyaskada bir qrup jurnalistə verdiyi açıqlamada İraqdakı ABŞ əsgərlərinin "bir çox vəzifələri yerinə yetirməyə qadir olduğunu" deyib.

"Düşünürəm ki, bu fərqi göstərməyə çalışmaq çox çətindir. Ancaq hər an planlaşdırdığımız, qarşımıza nə məqsəd qoyduğumuzun əsas olacağını deyərdim", Ostin Amerikanın Səsinin hazırda İraqdakı ABŞ əsgərlərinin rolunun döyüş və ya ilk növbədə təlim, məsləhət və yardım kateqoriyasına aid olub-olmadığı sualına cavab verərkən bildirib.

Rəsmilərin bildirdiyinə görə, əsas diqqət yeddi il əvvəl İslam Dövləti qrupunun Mosula hücumu və on minlərlə xarici döyüşçünün İraq və qonşu Suriyaya axını kimi hadisələrin təkrarlanmamasına yönəlməyə davam ediləcək. İraq hökumət qüvvələri o zaman az qala süquta uğramışdı və hər ay onlarla terror partlayışları baş verirdi.

XS
SM
MD
LG