Accessibility links

İraqda bomba partlayışları 32 adamın ölümünə səbəb olub


Hücumların əsas hədəfi şiələrin yaşadığı ərazilər olub

İraq rəsmiləri ölkə boyu şiələrin yaşadığı ərazilərdə bomba hücumları nəticəsində 32 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib. Təxminən səkkiz şəhərdə baş verən bomba hücumları eyni zamanda polis və təhlükəsizlik qüvvələrini də hədəf alıb.

Paytaxt Bağdaddam şimalda Əl-Qaidənin bir zamanlar istinadgahı olmuş Taci şəhərində hücum ən tələfata səbəb olub. Maşına yerləşdirilmiş bombaların partlaması nəticəsində 8 nəfər ölmüş, bir neçə polis işçisi daxil olmaqla, 24-dən çox insan yaralanmışdır.

Kut şəhərində baş vermiş bomba partlayışı üç polis zabitinin həlak olması, bir neçə insanın yaralanması ilə nəticələnib. Bağdadın şimal-şərqində yerləşən Bələd Ruz şəhərində isə maşəına yerləşdirilmiş bomba partlayışı nəticəsində iki polis işçisi həlak olub. Bomba hücumları habelə Bağdadın Karrada məhəlləsində də baş verib. Maşına yerləşdirilmiş bomba partlayışları burada dörd adamın ölümünə səbəb olub.

Bomba hücumlarına görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin maşına yerləşdirilmiş bomba partlayışı taktikası Əl-Qaidənin ölkədəki şəbəkəsi olan İraq İslam Dövləti tərəfindən istifadə olunur. Qrup İraqda şiələrin hədəf alınacağı yeni silsilə hücumlar keçiriləcəyini bidirib.

İraqda bomba partlayışları
please wait

No media source currently available

0:00 0:00:21 0:00
XS
SM
MD
LG