Accessibility links

İraqda bomba hücumlarında onlarla adam həlak olub


İraq rəsmiləri Bağdadda əsas etibarilə şiələrin yaşadığı rayonlarda maşınlara yerləşdirilmiş bomba partlaıyşları nəticəsində təxminən 30 adamın öldüyü, 100-dən çox adamın isə yaralandığını bildirir.

Bağdadda bir neçə açıq bazarda və şəhərin ətrafında keçirilmiş bomba hücumları zamanı ölənlərin sayının 30-dan çox olduğu haqda məlumatlar verilir.

Bomba hücumları nəticəsində ən çox zərər Bağdadın Sədr hissəsinə dəyib. İraq paytaxtının Ameen, Həbibiyyə, Hüseyniyyə, Kamliyyədə və Kərrada rayonları da bomba hücumlarının hədəfi olub.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Əvvəllər Əl-Qaidə ilə əlaqəsi olan sünni yaraqlılar əksəriyyətdə olan şiələri hədəf alan buna oxşar hücumlar keçirərək, ölkədə təriqtə zəminində münaqişəni qızışdırmağa çalışıb. Hücumların məqsədi eyni zamanda İraq şiələrinin başçılıq etdiyi hökumətə etibarı azaltmaq olub.

Bu ay İraqda həyata keçirilmiş hücumlar nəticəsində İraq hərbi kəşfiyyat akademiyasının rəhbəri, briqada generalı Əli Auni də daxil olmaqla 100-dən çox insanın həlak olduğu bildirilir. General və onun iki cangüdəni İraqın şimalında Tal Afar şəhərində şənbə günü hücum zaman həlak olub.

Ölkədə zorakılıqlar dalğası İraq hökumətində təriqət mənsubiyyətinə görə bölünmüş tərəflər arasında kəskin fikir ayrılıqları bağlı siyasi böhran və iki aya yaxındır sünni regionlarda nümayişlər fonunda baş verir. Sünnilərin çoxu şiə baş nazir Nuri Əl-Məlikini ayrı-seçkilikdə günahlandırır.
XS
SM
MD
LG