Accessibility links

İraqda intiharçı hücumu 11 adamı öldürdü


İraqın xəritəsi
İraqın xəritəsi

İraq rəsmiləri bildirir ki, Bağdad yaxınlığına nəzarət-biuraxılış məntəqəsində intiharçı maşınla bomba hücumu törədib. Nəticədə azı 11 nəfər ölüb.

Dövlət orqanları bazar ertəsi Xalis şəhərində baş verən partlayışda 35 nəfərin yaralandığını bldirir.

Reutersin verdiyi məlumata görə, qurbanlardan çoxu şəhərə daxil olmağa çalışarkən maşınlarının içində ölüb.

Hücuma görə hələ ki, məsuliyyəti üzərinə götürən olmayıb, amma son günlər ərzində İslam Dövləti qrupu İraqda bir sıra intiharçı hücumları törədib.

Bazar günü Bağdadın şiə məhəlləsində baş verən bomba hücumu zamanı 12 nəfər həlak olmuşdu. 25 nəfərin yaralandığı hücumda İŞİD ölkənin təhlükəsizlik qüvvələrini hədəf almışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG