Accessibility links

İraqda silsilə hücumlar həyata keçirilib


İraqda artan zorakılıq və təriqətçiliklə mübarizə aparıldığı bir vaxt silsilə bomba hücumları təxminən 58 nəfərin ölümünə, 200-dən çox insanın yaralanmasına səbəb olub.

Hücumların məsuliyyəti üzərinə götürən olmayıb. Lakin Əl-Qaidənin İraqdakı filialı şiə hökuməti gözdən salmaq üçün tez-tez bomba hücumları həyata keçirir.

17 partlayışın əksəriyəti şiələrin məskunlaşdığı Bağdad şəhərində törədilib. Bombalardan biri isə cənub Bəsrə şəhərində partladılıb.

Bomba partlayışları aprel ayından bəri 3000 adamın öldürüldüyü İraqda təhlükəsizliyi sual altına alır. İyul ayında yaraqlıların hücumları nəticəsində 800-dən çox insan həlak olub.
XS
SM
MD
LG