Baş nazir Məhəmməd Şiya Əl-Sudaninin ofisinin cümə günü bildirdiyinə görə, İraq hökuməti ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədəki missiyasının bağlanmasına hazırlıq üçün komitə yaradır.
Sudaninin bəyanatı ABŞ-ın Bağdadda üsyançı qrupun liderinin öldürülməsindən bir gün sonraya təsadüf edib. Bu, İrana bağlı qruplaşmaların qəzəbinə səbəb olub və onlar hökumətdən koalisiyanın İraqdakı mövcudluğuna son qoymasını tələb edib.
“Hökumət beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunu həmişəlik dayandırmaq məqsədi ilə tədbirlər görmək üçün ikitərəfli komitənin işinə başlama tarixini müəyyənləşdirir” - deyə, Baş nazirin ofisindən bildirilib.
Hökumət rəsmisi bildirib ki, komitəyə hərbi koalisiyanın nümayəndələri də daxil olacaq.
Pentaqonun məlumatına görə, ABŞ ordusuna qarşı son hücumlara cavab olaraq cümə axşamı zərbələr endirib.
Birləşmiş Ştatların Suriyada 900, İraqda isə 2500 hərbçisi var. Məqsəd 2014-cü ildə məğlub edilməzdən əvvəl hər iki ölkənin böyük hissəsini ələ keçirmiş İslam Dövlətinin yenidən dirçəlməsinin qarşısını almağa çalışan yerli qüvvələrə məsləhətlər vermək və yardım etməkdir.
İraq və Suriyada İranla əlaqəsi olan yarı-hərbi qruplaşmalar İsrailin Qəzza zolağındakı kampaniyasına qarşıdır və məsuliyyəti qismən ABŞ-ın üzərinə qoyur.
Sudani İranın dəstəklədiyi bəzi fraksiyalar üzərində məhdud nəzarətə malikdir. Belə ki, bir il əvvəl hakimiyyətə gəlmək üçün onların dəstəyinə ehtiyacı vardı və hazırda onlar onun idarəedici koalisiyasında güclü blok təşkil edir.
Forum