Accessibility links

İraqda daha bir hücum


İraqın cənubunda atəş və bomba hücumları nəticəsində 50 nəfər həlak olub.

Diqar vilayətinin paytaxtı Nəsiriyə şəhəri yaxınlığında həyata keçirilən hücum 80-dən çox adamın yaralanmasına səbəb olub.

Yaraqlıların restoranı atəşə tutmasından az sonra maşına yerləşdirilmiş bomba hücumu həyata keçirilib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Lakin şiələrə qarşı bunabənzər hücumlara görə İslam Dövləti qrupu günahlandırılıb.

Bağdaddan 320 kilometrlik məsafədə yerləşən Diqar vilayətində şiələr üstünlük təşkil edir.

XS
SM
MD
LG