Accessibility links

Fəllucada mülki əhali arasında tələfat artır


İŞİD-ın nəzarətində olan Fəlluca uğrunda döyüşlər intensivləşdikcə, mülki əhali arasında tələfat artmaqda davam edir.

BMT qaçqınlar agentliyi atışmalar nəticəsində öldürülən və ya dağıntılar altında qalan insanlar haqda məlumat alıb. Agentliyin sözçüsü bildirib ki, insanlardan canlı qalxan kimi istifadə edilir.

BMT-nin Uşaq Fondu deyib ki, azı 20 min uşaq şəhərdən çıxa bilmir. Onların uşaq əsgərləri ediləcəyindən ehtiyat edilir.

Ötən həftədən bəri təxminən 625 ailə müharibə gedən ərazidən qaçmağa müvəffəq olub.

İraq qüvvələri iki il İŞİD-ın qaydaları əsnasında yaşayan insanların İŞİD-ə sadiqliyindən ehtiyat etdikləri üçün yerli sakinləri sorğu-sual edir.

XS
SM
MD
LG