Accessibility links

İraq Fəllucanın İŞİD-dən geri alınması üçün hücuma başlayıb


İraq qüvvələri İslam Dövləti qrupunun dayaq nöqtəsi olan Fəllucanın aylardır davam edən mühasirəsinə son qoyub, şəhəri geri almaq üçün hücuma keçib.

Fəlluca 2014-cü ilin yanvar ayında İŞİD ekstremistlərinin nəzarəti altına keçən ilk şəhər olub və qrup orada dərin kök salıb.

Bazar günü dövlət televiziya kanalında çıxış edən İraqın baş naziri Heydər Əl-Abadi deyib ki, İraq qüvvələrindən ibarət koalisiya “böyük qələbəyə doğru irəliləyir”.

İraqın baş naziri Heydər əl-Abadi
İraqın baş naziri Heydər əl-Abadi

Abadi İraq bayrağının Fəllucada dalğalanacağını deyib.

İraq ordusu şəhərdə qalan sakinləri mövqelərini ağ bayraqla nişanlamağa çağırıb.

Hökümətin təhlükəsiz dəhliz açmaq cəhdlərinə baxmayaraq, son bir neçə ay ərzində çox az sayda ailə şəhərdən qaça bilib. Bəziləri İslam Dövləti qrupunun yaraqlıları tərəfindən saxlanılıb, bəziləri ilə yollarda yerləşdirilən bombaların partlaması nəticəsində həlak olub.

ABŞ şəhər və ətrafında həftələrdir hava hücumları həyata keçirir.

XS
SM
MD
LG