Accessibility links

İraqın "Həşd Əl-Şəabi" alyansının iki döyüşçüsü öldürülüb


İranyönlü "Həşd" və İraqın təhlükəsizlik mənbəsinin bazar günü bildirdiyinə görə, İslam Dövləti qruplaşmasının üzərinə götürdüyü hücumda İraqın "Həşd Əl-Şəabi" alyansının iki döyüşçüsü öldürülüb.

İraq dövlət mediası açıqlamasında iki döyüşçünün Bağdadın şimalındakı Səlahəddin vilayətində şənbə günü axşam saatlarında cihadçılarla "qarşı-qarşıya olduqları zaman yaralandıqdan sonra dünyalarını dəyişdiklərini" bildirib.

Adının açıqlanmasını istəməyən təhlükəsizlik mənbəyi Associated Press xəbər agentliyinə ölənlərin sayını təsdiqləyib və bildirib ki, İslam Dövləti şənbə gecəsi vilayətin şimalındakı Əl-Zərka bölgəsində Həşd "(hərbi) postuna" hücum edib.

"Həşd Əl-Şəabi" nizami silahlı qüvvələrə inteqrasiya olunmuş, əsasən keçmiş iranyönlü hərbi birləşmələrdən ibarət koalisiyadır.

İraq qoşunları Tehranın da müqavimət göstərdiyi İslam Dövlətinə qarşı mübarizədə fəal iştirak edir.

İslam Dövlətinin Telegram kanallarında yayımlanan bəyanatında qrupun hücumu öz üzərinə götürərək, "Həşd"in iki üzvünün öldürüldüyünü, daha üç nəfərin yaralandığını bildirib.

Hücumdan bir neçə saat sonra İraq hərbçiləri İŞİD-in Səlahəddin yaxınlığında Diyala vilayətindəki "sığınacaqlarını" bombalayıb. Hökumətin təhlükəsizlik məsələləri üzrə media bölməsi qruplaşmanın 5 döyüşçüsünün öldürüldüyünü bəyan edib.

Forum

XS
SM
MD
LG