Accessibility links

İraq həbsxanasında qiyamda 30-dan çox adam ölüb, 40 məhbus qaçıb


İraq paytaxtı Bağdaddan şimalda yerləşən həbsxanada qiyam 30-dan çox adamın qətlə yetirilməsi, 40 məhbusun qaçması ilə nəticələnib.

İraqın daxili işlər nazirliyinin bildirdiyinə görə, Xalis həbsxanasında qiyam zamanı altı nəfər polis işçisi və 30 məhbus öldürülüb. Lakin ölənlərin sayı ilə bağlı başqa rəsmi məlumatlarda 12 polis işçisi və 50 məhbusun öldürüldüyü bildirilir.

Rəsmilərin sözlərinə görə, məhbuslar arasında dava başlayıb və mühafizəçilərin müdaxilə edən zaman məhbuslar silahı onlardan alıb. Həbsxanadan qaçan bəzi məhbusların terrorizmdə ittiham edildiyi bildirilir.

Son il İslam Dövləti qrupu ilə mübarizənin getdiyi İraqda həbsxanalarda qiyamlar adi hal alıb.

Polisin verdiyi məlumata görə, bu gün Bağdadda maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində yeddi nəfər ölüb, 14 nəfər yaralanıb. Verilən məlumatlarda hücumun hədəfinin şiə zəvvarlar olduğu deyilir.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, həbsxanada qiyam və bomba hücumuna görə məsuliyyəti öz üzərinə İslam Dövləti qrupu götürüb.

XS
SM
MD
LG