Accessibility links

ABŞ və İran İraqda həyata keçirilən intiharçı hücumunu qınayıb


ABŞ və İran İraqda həyata keçirilən intiharçı hücumunu qınayıb.

Rəsmi Vaşqintonun bəyanatında deyilir ki, vəhşi terror hücumu İŞİD-in qorxaqlığı və insan həyatına dəyər verməməsinin daha bir nümunəsidir.

Rəsmilər hücumu məzhəblər arasında nifaq salmaq kimi qiymətləndirərək, Amerikanın İraqın təülkəsizlik qüvvələrinə dəstəyinin vacibliyini ğnə çəkib.

İranın FARS xəbər agentliyi xarici işlər nazirliyinə istinadən bildirib ki, beynəlxalq ictimaiyyət terrorizm məğlun edilənədək İraq hökumətinə dəstək verməlidir.

İraqın paytaxtı Bağdadda intiharçı hücumu nəticəsində 35 nəfər həlak olub, 50 nəfər yaralanıb. Bəzi xəbərlərdə ölənlərin sayının daha yüksək olduğu deyilir.

Rəsmilərin bildirdiyinə görə, hücum şiələrin Məhərrəm ayı İmam Hüseynin öldürüldüyü gün münasibəti ilə təşkil edlən mərasim zamanı həyata keçirilib.

Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.

İŞİD İraqın şiə əksəriyyətinə qarşı bunabəznəz hücumları ilə tanınır.

Hadisə İraqın təhlükəsizlik qüvvələrinin yaraqlıların əlində olan Mosul şəhərinin geri alınması əməliyyatlarına hazırlaşdığı vaxta təsadüf edir.

Bu hücumdan əlavə dünın ayrı-ayrı iki insidentdə 12 adam öldürülüb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG