Accessibility links

İraq İŞİD döyüşçülərinin 1300 ailə üzvünü saxlayır


İraq rəsmiləri İŞİD cihadçılarının ailə üzvləri olduğuna inanılan 1300-dən çox qadın və uşaqğı saxladıqlarını bildiriblər.

Bu insanların yerlərindən didərgin düşmüş şəxslər üçün sığınacaqda saxlanıldığı bildirilir və onların vətənlərinə qaytarılacağı gözlənilir.

Qadın və uşaqların çoxu Rusiya, Türkiyə və Mərkəzi Asiya ölkələrindəndir, aralarında Avropadan gələnlər də var. Onlar avqust ayında İraq ordusunun İslam Dövləti qrupunu Mosul yaxınlığındakı Tal Afar şəhərindən sıxışdırıb çıxardığı zaman kürd qüvvələrinə təslim olub.

Tal Afar şəhərində döyüşlərdən sonra dağıntılar
Tal Afar şəhərində döyüşlərdən sonra dağıntılar

İraq rəsmiləri qadın və uşaqların hansı ölkələrdən gəldiyini müəyyən etməyə çalışır. Onların çoxunun orijinal pasportları, ya da beynəlxalq sənədləri artıq mövcud deyil.

Kürd qüvvələri Tal Afarın nəzarətini ələ keçirən zaman qadın və uşaqları İraq hərbi qüvvələrinə təslim edib, kişiləri isə döyüşçü olduqlarını ehtimal edərək öz nəzarətləri altında saxlayıb.

541 qadın və uşağa yardım edən Norveç Qaçqın Komitəsi öz bəyanatında bildirib ki, İraq bu şəxslərin gələcəyi ilə bağlı planlarına tez bir zamanda aydınlıq gətirməldir. “Münaqişədən qaçan bütün insanlar kimi, bu şəxslərin də müdafiə, yardım və informasiya əldə etmək imkanı olmalıdır. Onlar de-fakto həbsdədir”, deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG