İŞİD terrorçuları dünən yenə Bağdadın şimalında şiələrin pirində törətdikləri terror aktında azı 35 nəfəri öldürmüş, çox sayda adamı yaralamışdır. İraqın təhlükəsizlik rəsmiləri bu barədə məlumat yayımlayıblar.
Seyid Məhəmməd məbədinə hücumda bir neçə intiharçı, silah və minomyotdan istifadə edib.
Bələd şəhərindəki pirə hücum minomyotla başlayıb. Bunun ardınca üç İŞİD militantı içəri girərək insanlara atəş açmağa başlayıb.
Bu hadisə Bağdadın ticarət mərkəzində yüzlərlə insanın öldüyü və ya yaralandığı, İraq tarixində ən ölümçül hücumdan cəmi bir neçə gün sonra törədilib.
Bağdaddan 75 kilometr şimalda Bələd şəhərindəki pirə hücum minomyotla başlayıb. Bunun ardınca üç İŞİD militantı içəri girərək insanlara atəş açmağa başlayıb.
Hücumçulardan ikisi daha sonra pir yaxınlığındakı bazarda üzərilərindəki bombanı partladıb. Üçüncü intiharçı isə da üzərindəki bombanı partlatmağa cəhd edərkən, polis onu güllələyərək öldürüb.
Bazar günü paytaxtda törədilmiş kütləvi qətliamın ardınca İraqın baş naziri Heydər əl-Abadı Bağdadın təhlükəsizlik idarəsinin rəhbəri və digər təhlükəsizlik rəsmilərini vəzifələrindən azad edib.