Accessibility links

İraq qüvvələri İslam Dövlətinin nəzarət etdiyi son şəhəri ələ keçirib


İraq qüvvələri cümə İslam Dövləti qrupunun nəzarətində olan son şəhər Rəvanı ələ keçirib. Bu özünü xəlifəlik elan edən qrupunun sonunun gəldiyinə işarədir.

Rəvanın işğalı ilə İslam Dövləti qrupunun 2014-cü ildə İraq və Suriya ərazilərində elan etdiyi xəlifləliyin nəzarətinə son qoyulur.

İraq qüvvələri Rəvanı tamamilə azad edib və binaların üzərində İraq bayrağını qaldırıb”, deyə Birgə Əməliyyat Komandanlığından leytenant general Əbdül Əmir Rəşid Yarallah bildirib.

Suriya ordusu da İslam Dövlətinə qarşı qələbəsini elan edib, lakin ötən həftə militantlar yenidən İraqla sərhəddəki Albu Kamala dail olublar və orada döyüşməyə davam edirlər.

Hər iki ölkədə İlsam Dövlətinə qarşı mübarizə aparan qüvvələr partizan müharibəsinin yeni mərhələsinin başlayacağını güman edir.

Baş nazir Heydər Əl-Abadi İraq silahlı qüvvələrini və xalqı təbrik edib və Rəvanın rekord müddətdə ələ keçirildiyini və İraqın yaxın zamanda İslam Dövlətini tamamilə məğlub edəcəyini deyib.

Ordunun yaydığı xəritədə İslam Dövləti qrupunun nəzarəti altında heç bir ərazinin qalmdadığı göstərilir. İraq və Suriyada ABŞ-ın başçılığı ilə qrupa qarşı mübarizə aparan koalisiya qrupun “dağıldığını” bildirib.

Ordunun yaydığı videoda isə İraq qüvvələrinin Rəva sakinlərinə radio vasitəsilə mesaj göndərdiyi göstərilib. Ordu sünni militant qrupa istinad edərək deyib ki, “Daeş artıq bitib, indi İraq dövrü başlayır”.

Bir digər videoda ordu maşınlarının İraq bayraqlarını dalğalandırdığı və milli himni səsləndirdiyi. Dövlət televiziyasında vətənpərvər mahnılar səsləndirilib və qoşunların Rəvvadakı hava görüntüləri yayımlanıb.

Sözçünün verdiyi məlumata görə, İraq qüvvələri diqqəti artıq səhraya qaçan militantları yönləndirməyə və İraq sərhədlərinə nəzarət etməyə yönəldəcək.

Rəva Suriya ilə sərhəd bölüşür. Suriya ordusu İraqla sərhəddəki ən son əsas şəhər Albu Kamalı ələ keçirib.

Albu Kamal ilə İraqdakı Əl-Qaim arasında sərhəd keçidi yerləşir.

Militantlar bu ilin əvvəli sərhəd keçidinin nəzarətini itirib və bu, döyüşçülər və avadanlıqları nəql etmək üçün həmin marşrutdan istifaə edən qrupa böyük zərbə vurub.

Qrupun lideri Əbu Bəkr Əl-Bağdadinin iki ölkə arasındaki sərhəddə səhrada gizləndiyi güman edilir.

XS
SM
MD
LG