Accessibility links

İraqda İŞİD yaraqlılarının arvadları ölüm hökmünə məhkum edilib


İraqda hakimin hökmü oxunarkən bəzi qadınların üzündə təbəssüm müşahidə edilib.

“Ölənədək boğazlarından asılsınlar” - deyə Bağdad hakimi hökmü 17 dəfə təkrar edib. Öldürülmüş və ələ keçirilmiş sabiq İŞİD yaraqlılarının arvadlarından 6-sı ömürlük həbs cəzasına məhkum edilib.

İŞİD-i dəstəkləyənlərin bəzisi hökmü yaxşı qərar kimi qiymətləndirir. Bağdadın Ali Məhkəməsinin sözçüsü Əbdul Səfər Bayraqdar bildirib ki, onlar öldürülsələr şəhid kimi cənnətə düşəcəklərini düşünür.

Hökmləri oxunan qadınlar İŞİD üzvlərinin 560 xarici arvadları arasındadır. Həbsdə olan qadınların 900-ə yaxın uşağı var. Onların ataları ya öldürülüb, ya tutulub, ya da itkin düşüb.

'Günahkar?''

26 yaşlı Sofiya Məhəmməd Türkiyədən həyat yoldaşı və qardaşı ilə bərabər İŞİD-ın İraqda nəzarət etdiyi əraziyə köçüb. Bir çox qadın kimi o da məhkəmə zalına uşağı qucağında, qara hicabla və üzü açıq gedib.

Hakim ondan əri öldürüldükdən sonra İŞİD-dən ayda 50 dollar alıb-almadığını soruşub.

“Mənim ərim və qardaşım İŞİD-ə xidmət edib. Onlar bazalarının hava hücumuna məruz qalması ilə həlak olub” - deyə o, hakimə bildirib.

“Günahkar və ya günahsızsan?” sualına o, türkcə pıçıldayaraq “bilmirəm” - deyə cavab verib.

Türkiyə və Azərbaycandan olan qadınlarla bərabər o da İraqa qeyri-qanuni keçdiyini etiraf edib. İraq qanunlarına görə terrorçuları dəstəkləyənlər onlarla eyni cəzaya məhkum edilir.

“Düşünürəm ki. günahsızam”, Sofiya bildirib.

15 dəqiqə sonra o və digər 6 qadın hökmlərini alaraq, qəfəslərinə qaytarılıb. Qadınlar 10 gün ərzində apellyasiya şikayəti verəcəklərini deyib. Avtomatik apellyasiya isə 30 gün ərzində edilə bilər.

Uşaqlar

İraqda valideynlərinin terrorçular tərəfindən öldürülən uşaqların taleyi narahatlıq mövzusudur.

Məkhəmənin qərarı ilə edam ediləcək qadınların övladlarının taleyi bəlli deyil.

Bayraqdarın dediyinə görə, bu uşaqlar valideynlərinin vətənləri tərəfindən qəbul edilməlidir. Lakin onların İŞİD nəsli kimi qəbulundan bəzi ölkələr imtina edir.

Bayraqdar uşaqların anaları ilə həbsdə saxlanmasının dəhşətli bir variant olduğunu deyib. O bəzi qadınların uşaqlarını İŞİD-i geri gətirmək üçün böyüdəcəyini dediyini bildirib.

Qadınların bəzisi ərlərinin İslam Dövləti sıralarında olduğunu inkar edib. Bəziləri isə bundan xəbərsiz olduğunu bildirib. Lakin onların heç biri İŞİD-i pisləməyib.

Bəzi qadınların ölüm hökmü 5 dəqiqə ərzində verilib. Hakimlər qısamüddətli məhkəmə proseslərinin aylarla davam edən təhqiqatın nəticəsi olduğunu bildirib. Hər bir şəxsin işinə onlarla rəsmi baxıb.

Minlərlə İŞİD yaraqlısı və onların yüzlərlə qadın və uşağının tez bir zamanda mühakiməsi əsas prioritetdir.

3 hakimdən ibarət məhkəmənin gündəlik onlarla hökmü gözlənilir. Terrorçuların məhkəmələrinin davam etməsi hakimlərin gündəlik təhlükəsi deməkdir.

2003-cü ildən İraqda 65 hakim və Ədliyyə Nazirliyinin 160-a yaxın əməkdaşı qətlə yetirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG