Accessibility links

Barak Obama Suriya üzərində kəşfiyyat uçuşlarına icazə verib


Ağ Evin verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Suriya üzərində kəşfiyyat uçuşlarına icazə verib.

Rəsmilər bildirir ki, Obama hərbi müdaxiləni təsdiqləməsə də, ABŞ Suriyanın şərqi, İraqın şimal və qərbinə nəzarət edən İslam Dövləti qrupunun döyüşçülərinə qarşı hərbi əməliyyat planlaşdırır.

ABŞ təyyarələri İraqda hava hücumları həyata keçirərək, İraq və kürd qüvvələrinə bölgəni enerji ilə təmin edən Mosul su elektrik stansiyasının yaraqlılardangeri alınmasına dəstək verib.

Pentaqon rəsmiləri Suriya və İraqda yerləşən qrupa müdaxilənin vacibliyini vurğulayıb.

Əməliyyat Suriyada davam edən vətəndaş müharibəsi səbəbi ilə mürəkkəbləşib. Ağ Ev rəsmiləri bildirib ki, Obama ABŞ hərbi müdaxiləsinin Suriyada üç ildir davam edən münaqişəyə səbəb olan prezident Bəşər Əl-Əsədə dəstək kimi düşünülməsini istəmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG