Accessibility links

İraq parlamenti “sionist” simvollarından istifadəni kriminallaşdırdı


Nümayişçi əlində İsrail və kürd bayraqları dalğalandırır
Nümayişçi əlində İsrail və kürd bayraqları dalğalandırır

Kürdlərin müstəqilliyə dəstək nümayişlərində İsrail bayrağı sərgiləməsindən sonra İraq parlamenti İsrail bayrağını “sionist simvol” adlandıraraq qadağan edib.

“İctimai nümayişdə, media qarşısında sionist qurumun bayrağını dalğalandırmaqla İraq konstitutsiyasının təməl prisniplərini qıran təhlükəli fenomen üzə çıxıb,” deyə parlamentin spikeri Səlim əl-Cüburi deyib.

Nümayişdə, media qarşısında sionist qurumun bayrağını dalğalandırmaqla İraq konstitutsiyasının təməl prisniplərini qıran təhlükəli fenomen üzə çıxıb.

Cüburi əlavə edib ki, indən belə İraqda İsrail bayrağı qaldıranlara qarşı cinayət işi açılacaq.

Qanunu Şiə Ali İslam Şurası bloku təqdim edib, və sənəd yekdilliklə İraq parlamentinin başqa üzvləri tərəfindən dəstəklənib.

Qanun hüquq-mühafizə orqanlarına ictimai tədbirlərdə sionist simvolu sərgiləyən şəxslərə qarşı cinayət işi qaldırmağı əmr edir.

25 sentyabrda təşkil edilmiş müstəqillik referendumu ərəfəsində kürdlərin keçirdikləri nümayişlərdə tez-tez İsrail bayraqları gözə dəyirdi.

Həmin referendumda 92 faiz Kürdüstanın Bağdaddakı mərkəzi hökumətdən ayrılmaq təklifinə səs verdi.

İraq parlamentinin spikeri Səlim əl-Cüburi
İraq parlamentinin spikeri Səlim əl-Cüburi

Kürdüstan Regional Hökuməti (KRH) nümayişlərdə bayraq sərgilənməsini “spontan” adlandıraraq, olayın regional hökumətin mövqeyini əks etdirmədiyini bildirib.

İraq İsrail dövlətini rəsmən tanımadığından Bağdadla Tel-Əviv arasında diplomatik münasibətlər mövcud deyil.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG