Accessibility links

İraqın Kürdüstan regionunun hökuməti Bağdadın mərkəzi hökumətinə müraciət edərək, tərəflər arasında zorakılığa son qoymaq məqsədilə müstəqillik referendumunun nəticələrinin dondurulmasını və danışıqlara başlanmasını istəyib.

"Əlbəttə, bu döyüşlərdə heç bir tərəf qələbə çalmayacaq, lakin ölkədə hərc-mərcliyə və xaosa səbəb olacaq" deyə, Kürdüstan Regional Hökumətinin müraciətində bildirilib.

Kürdüstan hökuməti bu təklifi baş nazir Heydər Əl-Abadi hökumətinin kürdlərin keçirdiyi referendumu qanunsuz elan etməsindən və buna cavab olaraq keçən həftə İraq ordusunun kürdlərin nəzarətindəki Kərkük şəhəri və digər əraziləri ələ keçirməsindən sonra edib.

Referendumun nəticələrinin dondurulması və danışıqlara başlanması təklifindən əlavə kürdlər İraqın şimal bölgəsindəki bütün hərbi əməliyyatlarını dayandıracaqlarını bildirib.

Bağdadın iradəsinə zidd olaraq sentyabrın 25-də Kürdüstanda müstəqillik referendumu keçirildi.

Kürdlərin qələbəni bayram etmələrinə baxmayaraq, İraq parlamenti baş nazir Heydər Əl-Abadidən Kərkükün kürdlərin nəzarətindəki neft yataqlarının nəzarətdə saxlanması üçün bölgəyə ordu göndərilməsini istəyib.

Birləşmiş Ştatlar İraq Kürdüstanından kənar ərazilər də daxil olmaqla, Kürdüstan Regional Hökumətinin müstəqilliyə dair təktərəfli qaydada referendum keçirilməsi qərarını dərin təəssüf hissi ilə qarşılayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG