Accessibility links

Heydər Əl-Abadi Kürdüstan regionunda planlaşdırılan müstəqillik referendumunu “qeyri-konstitusion” adlandırıb


İraqın baş naziri Heydər Əl-Abadi Kürdüstan regionunda planlaşdırılan müstəqillik referendumunu “qeyri-konstitusion” adlandırıb.

Baş nazir bunu çərşənbə axşamı parlament regional referenduma qarşı səs verəndən sonra söyləyib.

“Mən kürd rəhbərliyini Bağdada gəlib, dialoqu yekunlaşdırmağa çağırıram. Dialoq yeganə çıxış yoludur. Mən dialoq aparmaq və münasibətləri qoruyub saxlamaq istəyirəm, amma referendum qərarı İraqın və regionun təhlükəsizliyini təhlükəyə atacaq”, deyə o bildirib.

Daha öncə parlament baş nazirə İraqın bütövlüyünü qorumaq üçün lazım olan tədbirləri görmək səlahiyyəti verib. Kürd qanunvericilər səsvermə bitmədən sessiyanı tərk edib və qərarı rədd edən açıqlamalar verib.

Qərb qüdrətləri qorxur ki, İraqın neftlə zəngin Kərkük şəhərinin də daxil olduğu yarı-muxtar kürd regionunda referendum Bağdaddakı mərkəzi hökümət daxilində münaqişə yarada və İslam Dövləti qrupunun militantlarına qarşı mübarizəyə yönəlmiş diqqəti yayındıra bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG