Accessibility links

İraq kürdləri: İŞİD kimyəvi silahlardan istifadə edib


Kürd rəsmiləri ABŞ-ın başçılıq etdiyi koalisiya ilə birgə İslam Dövləti qrupunun yaraqlılarının kürd peşmərgə qüvvələrinə qarşı İraqın şimalında Sinjarda kimyəvi silah işlətdiyinə dair məlumatı yoxlayır.

Onlarla peşmərgə əsgəri, eləcə də mülki sakinlər arasında İŞİD-in əraziyə kustra üsulla istehsal edilmiş raket atmasından sonra qusma və ishal halları ilə bağlı məlumatlar verilib.

Kürdüstanın Regional Təhlükəsizlik Şurası Tvitter səhifəsində fevralın 25-də keçirilmiş hücumla bağlı təhqiqat aparıldığın bildirib.

Kürdüstanın regionunun rəsmilərinin bildirdiyinə görə, təsdiq edilsə, bu, kürd qüvvələrinə qarşı səkkizinci kimyəvi hücum demək olacaq.

ABŞ-ın Milli Kəşfiyyat agentlyinin direktoru Ceyms Klapper
ABŞ-ın Milli Kəşfiyyat agentlyinin direktoru Ceyms Klapper

ABŞ-ın Milli Kəşfiyyat agentliyinin direktoru Ceyms Klapper fevralın əvvəlində Konqresə bildirib ki, ekstremist qruplar İraq və Suriyada kimyəvi silahdan istifadə edir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan İŞİD-in həm xlorin, həm də xardal qazı istehsal etmək qabiliyyətinə malik olduğunu təsdiq edib.

Kimyəvi Silahların Qadağan olunması Təşkilatında bir mənbənin Reuters agentliyinə bu ay bildirdiyinə görə, laboratoriya testləri keçən il kürd döyüşçülərinin xardal qazının təsirinə məruz qaldığını göstərib.

XS
SM
MD
LG