Accessibility links

Regionun gücləri referendumdan sonra İraq kürdlərinə qarşı məhdudiyyətlər tətbiq edirlər


Kürd əhalisinin ən çox olduğu İran, İraq və Türkiyə müstəqillik lehinə 92% səs verilən referendumdan sonra İraq kürdlərinə qarşı məhdudiyyətlər tətbiq edirlər.

İraqın mərkəzi höküməti şimali Kürdistan ərazisi də daxil olmaqla ölkənin beynəlxalq sərhədləri üzərində nəzarəti bərpa etmək və kürdləri digər ölkələrdən təcrid etmək üçün hərbi addımlara hazırlaşır.

İran silahlı qoşunların sözçüsü Məsud Cazayeri şənbə günü müxbirlərə deyib ki, onun ölkəsi İraq mərkəzi höküməti ilə birlikdə regionda separtaçılıq cəhdlərinin qarşısının alınması üçün sərhəd ərazilərində bir neçə yerdə hərbi məşğələlər keçirəcək.

Bir neçə gün öncə İraq əsgərləri Türkiyə ilə birlikdə hərbi məşğələlərdə iştirak ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü İraq Kürdistanı rəsmilərinin müstəqillik referendumuna görə cavab verməli olacaqlarını bildirmişdi.

Türkiyə dəfələrlə İraq kürdlərini iqtisadi sanskiyaların tətbiqi ilə hədələyib. İran isə öz növbəsində İraq Kürdistanı ərazisinə daxil olan və çıxan yanacaq məhsulları ixracına embarqo qoyub.

İraqın regiona tətbiq etdiyi beynəlxalq uçuş qadası ətraf ölkələrdən gələn təzyiqin artmasına səbəb olub. Humanitar təşkilatlar bildirirlər ki, uçuşların təxirə salınması regionda yaşayan 1.6 milyon qaçqının həyatlarına “fəlakətli” təsirə səbəb olacaq.

Referendumu qeyri konstitusional adlandıran İraq parlamenti baş nazir Abadiyə kürdlərin nəzarət etdiyi və neft istehsalı olan Kərkükə qoşunların göndərilməsi çağırış edib.

Parlament həmdə Kürdistan regionunda diplomatik missiya ilə təmsil olan 34 ölkəyə nümayəndəliklərini bağlamalı olduqlarını deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG