Kürdlərin Milli Qvardiyası İraqın Kərkük şəhəri yaxınlığında iki neft obyektini ələ keçirib.
Neft Nazirliyi Kərkük və Bai Həsən obyektlərinin tutulmasını qınayaraq, kürd qüvvələrinə təcili şəkildə həmin yerləri tərk etməyə göstəriş verib.
Obyektlər kürdlərin Kərkük şəhəri və şimalda digər ərazilərin nəzarətini ələ almasından bir ay sonra ələ keçirilib.
İraqın kürd qanunvericiləri baş nazir Nuri Əl-Maliki hökumətini tərk edərək, baş naziri isterik adlandırıb.
Bazar ertəsi İraq parlamentində çıxılmaz vəziyyət yarandıqdan sonra növbəti sessiya avqustun ortalarına qədər təxirə salınıb. Qanunvericilər yaraqlıların paytaxta yaxınlaşdığı bir vaxt hakimiyyət bölgüsündə razılıq əldə edə bilməyib.
Malikinin şiə siyasi bloku aprel seçkilərində parlanetdə yerlərin çoxunu əldə etsə də, əksəriyyətə nail ola bilməyib. Qanunvericilər baş naziri sünnilərin lazimi şəkildə parlamentdə təmsil edilməsinə imkan yarada bilməməsində ittiham edir.
İŞİD artıq İraqın şimal və qərb regionlarının əksəriyyətini ələ keçirib.
BMT-nin bildirdiyinə görə, 2014-ci ilin birinci yarısında yol verilən iğtişaşlar səbəbi ilə 7160 milki vətəndaş və hərbi personal həlak olub.