İraqın Baş naziri Hayder Əl-Abadi deyib ki, onun hökuməti ölkənin şimalında Nineva vilayətinin İslam Dövləti qrupunun militantlarından azad edilməsi üçün kürd rəsmilərlə əməkdaşlıq aparacaq.
Yarı-muxtar kürd regionunun paytaxtı İrbil şəhərində danışan cənab Abadi İraq və Kürdüstan hökumətlərinin eyni düşmənlə üz-üzə gəldiyin deyib.
İraq Kürdüstanının prezidenti Məsud Barzani tərəflərin hərbi və təhlükəsizlik ekspertlərindən ibarət komitə yaradılması haqda razılığa gəldiyini bildirib.
Baş nazir Abadi və prezident Barzani Ninevanın nəzarətinin yaraqlıların əlində alınması planının tarixi ilə bağlı açıqlama verməyiblər.