Accessibility links

Nuri Əl-Maliki Vaşinqtona səfər edib


İraqın baş naziri Amerika səfərinə ABŞ-ın vitse-prezidenti Co Bayden və Konqresin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşü ilə start verir

İraqın baş naziri Nuri Əl-Maliki bu gün Amerika səfərinə ABŞ-ın vitse-prezidenti Co Bayden və Konqresin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşü ilə start verir. Sabah onun Vaşinqtonda ABŞ-İraq münasibətləri və İraqın üzləşdiyi çətinliklərlə bağlı çıxışı gözlənilir. Cümə günü ABŞ prezidenti Barak Obama İraqın baş nazirini Ağ Evdə qəbul edəcək.

New York Times qəzetindəki məqaləsində Nuri Əl-Maliki İraq xalqına qarşı terroizmdə Əl-Qaidəni günahlandırıb. O, İraqın əsasən hava müdafiəsi olmaqla, silahlı qüvvələrinin təchizata ehtiyacı olduğunu vurğulayıb.

Maliki prezident Obamadan ölkəsinin hərbi qabiliyyətinin gücləndirilməsinə yardım göstərməsini istəyəcək.

Senatorlar Con Makkeyn, Karl Levin, Robert Menendez və Lindzi Qraham prezident Obamaya ünvanladıqları məktubda Malikini İraqdakı vəziyyətin pisləşməsində günahlandırıb.

Senatorlar ABŞ dövlət başçısından ölkədəki təriqətlərarası zorakılıqları siyasi yolla həlli və İraqda sabitliyin bərqərar edilməsi üçün təhlükəsizlik strategiyasını gücləndirməsi üçün Malikiyə təzyiq göstərməsini istəyir.

BMT-nin təxminlərinə görə, cari il ərzində İraqdakı zorakılıqlar 7500 insanın ölümünə səbəb olub.

Bu arada, İraq rəsmiləri kamikadze hücumkları zamanı 19 adamın həlak olduğunu bildirir.

Bağdad yaxınlığındakı hücumda 11 adam öldürülüb, 19 adam yaralanıb.

Mosulda isə intiharçının partlayıcı ilə dolu maşını yoxlanış məntəqəsinə sürməsi nəticəsində 8 adam həlak olub.

Hücumların məsuliyyətini üzərinə götürən olmayıb.
XS
SM
MD
LG