Accessibility links

Mosulda Əl-Nuri məscidinin bərpası üçün təməl qoyuldu


İraqın sünni müsəlmanlarınin lideri bazar günü Mosulda XI əsrin tarixi abidəsi olan Əl-Nuri məscidinin yenidən inşasının təməlinə ilk daşı qoyub.

İslam Dövləri döyüşçüləri ilə İraq qüvvələri arasında 3 il davam edən döyüşlər bu məscidi xarabalığa çevirib.

Məsciddən yalnız daşdan giriş, bəzəkli yaşıl kümbəz və minarənin təməli qalıb.

Təməlin qoyulması mərasimində İraqın siyasi və dini liderləri ilə yanaşı BMT rəsmiləri və Avropa səfirləri də iştirak edib.

Birləşmiş Ərəb Əmirlikləri məscidin 5 il çəkəcək bərpasına 50 milyon dollardan çox ianə edib.

Əsrlərlə müsəlmanların ibadətgahı olan Əl-Nuri məscidi İraq tarixinin qara səhifələrinə yazılıb.

2014-cü ildə terrorçu döyüşçülərin Mosulun nəzarətini ələ almasından sonra İslam Dövləti qrupunun lideri Əbu Bəkr Əl-Bağdadi İŞİD-ın xilafətini bu məsciddə elan etmişdi.

XS
SM
MD
LG