Accessibility links

Heydər Əl-Abadi: "İslam Dövləti Mosulda süquta uğrayıb" [Video]


Mosulun köhnə hissəsində İslam Dövləti qrupunun militantları ilə döyüşlərin hələ də davam etməsinə baxmayaraq, İraqın baş naziri Heydər Əl-Abadi Mosuldakı böyük qələbəyə görə döyüşçüləri təbrik edib. Çərşənbə axşamı həftəlik mətbuat konfransı zamanı cənab Abadi deyib ki, yaxın günlərdə sabitlik təmin ediləcək və köçkünlərin evlərinə qayıtmasına yardım ediləcək.

İraqın baş naziri Heydər Əl-Abadi
İraqın baş naziri Heydər Əl-Abadi

Mosulun ətraf məhəllələrini ələ keçirən İraq ordusu çərşənbə axşamı şəhərin dağıdılmış ən böyük xəstəxanasına daxil olub. “Bu, Şifa məhəlləsində azad etdiyimiz ən sonuncu yerdir. Yaraqlıların hamısı öldürüldü. Allahın köməyi ilə Çevik Qüvvələr Birliyi şimaldam tutmuş cənuba qədər İraqı azad edəcək” deyə, serjant Mörtəda Yasir bildirir.

Baş nazir Heydər Əl-Abadi ordunu Bağdadda təbrik edib. “Mən istər azad edilmiş bölgələr, istərsə də İraqın bütün başqa yerlərindəki cəsur döyüşçülərimizi və bütün iraqlı ailələri Mosuldakı qələbəyə və İslam Dövləti qrupunun süquta yetirilməsinə görə təbrik edirəm!”

Baş nazir nitqini söylədiyi vaxt İslam Dövləti qrupunun döyüşçüləri Mosulun böyük zirehli maşınların keçə bilmədiyi dar küçəli köhnə hissəsində müqavimətini davam etdirirdi. Hökumət qüvvələri İraqın İslam Dövlətinin nəzarətindəki ikinci böyük şəhəri uğrunda döyüşlərə oktyabr ayından başlayıb. Döyüşlər zamanı çox sayda mülki vətəndaş həlak olub, 750 minə qədər insan şəhəri tərk edib.

Mosul sakini Əmmar Əhməd: “Biz ac və susuz idik. Biz qorxu içərisində yaşayırdıq. Biz iki ay nəinki evdən çıxa, heç küçəyə baxa bilmirdik.”

Cənab Abadi insanların evlərinə dönmələrinin təmin edilməsinin hökumətin prioritetlərindən biri olduğunu deyib. “Biz azad edilmiş bölgələrdə sabitliyin bərpası yolunda bütün səyləri gücləndirmək üçün göstərişlər vermişik. Bizim Mosulda fəaliyyət göstərən milli və yerli komandalarımız var. Bəzi ölkələr bizə bərpa və köçkünlərə yardım işlərində kömək edir".

Mosul 2014-cü ildən bəri İslam Dövləti qrupunun nəzarətində idi. Abadi nitqlə qrupun lideri Əbu Bərk Əl-Bağdadinin Mosulun Böyük məscidində İslam Dövləti xilafətini elan etməsinin üçüncü ildönümü çıxış edib.

XS
SM
MD
LG