Accessibility links

Mosulun qərb bölgəsindəki əsas hökumət binaları ələ keçirilib


İraq ordusunun bildirdiyinə görə, Mosulun qərb bölgəsindəki əsas hökumət binaları ələ keçirilib.

Bu nailiyyət hələ də İslam Dövlətinin nəzarəti altında olan şəhərdə ABŞ-ın başçılıq etdiyi koalisyanın havadan müşayiəti ilə əldə edilib.

Yaraqlı qruplaşma şəhərin nəzarətini 2014-cü ildən əlində saxlayır.

İraq qüvvələri aylarla davam edən döyüşlərdən sonra Mosulun qərb bölgəsinin nəzarətini yanvar ayında geri alıb.

Mosul döyüşləri zamanı şəhərə aparan körpülərin demək olar ki, hamısına ciddi ziyan dəyib və ya dağıdılıb. Çay üzərindən keçidin bərpası əlavə qüvvələr və hərbi təchizatın şəhərə yerləşdirilməsi deməkdir.

Şəhərin İslam Dövləti yaraqlarından təmizlənməsi uğrunda gedən qızğın döyüşlər mülki əhali barədə narahatlıqlarla müşayiət edilir.

BMT su, ərzaq və tibbi yardım qıtlığı ilə üzləşən əhalinin durumunu humanitar böhran kimi qiymətləndirir.

XS
SM
MD
LG