Accessibility links

İraq ordusu Mosulda qələbə çalmağa yaxındır


İraq dövlət televiziyasının veriyi məlumata görə, İraq təhlükəsizlik qüvvələrinin önümüzdəki saatlarda Mosula tam nəzarəti ələ keçirəcəkləri gözlənilir.

Reuters müxbirlərinin bildirdiniyə görə, hava və artilleriya hücumları cihadçıların şəhərdəki son istinadgahını dağıdıb.

Dövlət televiziyasının istinad etdiyi ordu sözçüsü deyib ki, militantların müdafiə xətti çökür.

Mosulun Köhnə Şəhəri
Mosulun Köhnə Şəhəri

İraq komandirləri deyir ki, qiyamçılar şəhərin hər metri uğrunda snayperlər, qumbaralar və intiharçı bombalarla döyüşür ki, bu da təhlükəsizlik qüvvələrini sıx məkunlaşmış dar küçələrdə döyüşməsini çətinləşdirir.

ABŞ-ın başılıq etdiyi beynəlxalq koalisiya 8 aydır davam edən İslam Dövlətinin İraqakı de-fakto paytaxtı Mosul uğrunda mübarizəni havadan və qurudan dəstəkləyir.

Yardım təşkilatlarının verdiyi məlumata görə, aylardır davam edən müharibə 900 min insanın, yəni şəhər əhalisinin təxminən yarısının didərgin düşməsinə, minlərlə insanın ölümünə səbəb olub.

Mosul İslam Dövlətinin üç il öncə ələ keçirdiyi ən böyük şəhər idi.

Mosulsuz İslam Dövlətinin İraqda hökm etdiyi ərazilər minlərlə insanın yaşadığı kəndlər və səhralıq ərazilərlə məhdudlaşacaq. Militantların İraq boyu bəzi qruplara qarşı hücumlar həyata keçirməyə davam edəcəyi gözlənilir.

Heydər Əl-Əbədi
Heydər Əl-Əbədi

Baş nazir Heydər Əl-Əbədi İslam Dövləti şərinə sonu bir həftə öncə, təhlükəsizlik qüvvələri Mosulun tarixi Böyük Əl-Nuri məscidini ələ keçirdikdən sonra elan etmişdilər,

Birləşmiş Millətlər Təşkilatı Mosulda ən sadə infrastrukturu bərpa etmənin 1 milyard dollara başa gələcəyini təxmin edir.

Cümə axşamı BMT-nin yaydığı peyk görüntülərinə əsasən, hücum nəticəsinə Mosulun Köhnə Şəhərində minlərlə tikiliyə ziyan dəyib, 500-dən çox bina dağılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG