Accessibility links

İraq hərbi qüvvələri Mosulda güclü müqavimətlə qarşılaşır


İraq hərbi qüvvələrinin rəsmiləri bildirib ki, AB-ın dəstəklədiyi İraq odrusunun əsgərləri İraqda İŞİD-in son istinadgahı olan Mosulun qərb hissəsinə irəlilədikcə güclü müqavimətlə qarşılaşır.

Polkovnik leytenant Əbdülamir Əl-Məhəmmədavi Fransa xəbər agentliyinə bildirib ki, Mosul hava limanını ələ keçirmiş bir neçə xüsusi təyinatlı birləşmə şəhərin mərkəzinə doğru irələyərək, Türkiyə konsuluğunu və başqa hökumət binalarının nəzarətini qaytarmağı planlaşdırır.

Onun sözlərinə görə, hərbi qüvvələr İŞİD-in nəzarətində olan hissəsinə doğru irəliləməyə davam etdikcə daha güclü müqavimətlə qarşılaşır.

İraq ordusunun əsgərləri Mosul hava limanının azad edilməsini təntənə edir
İraq ordusunun əsgərləri Mosul hava limanının azad edilməsini təntənə edir

"Daeş (İŞİD-in ərəbcə adıdır, red.) sakinlərlə dolu yaşayış binalardan istifadə edərək, insan qalxanı yaradır"-deyə Polkovnik leytenant Əbdülamir Əl-Məhəmmədavi Fransa xəbər agentliyinə bildirib.

Jihadçılar həmçinin öz mövqelərini gizlətmək üçün küçələrdə tonqallar qalayır və səmadan müşahidəyə mane olmaq üçün Mosulun dar küçələri üzərində kamuflyaj torları çəkiblər.

İŞİD sakinlərlə dolu yaşayış binalarından istifadə edərək, insan qalxanı yaradır.
Polkovnik leytenant Əl-Məhəmmədavi

İraq kürdlərinin xəbər tele kanalının verdiyi məlumata görə, müxbirlərdən biri Mosulda döyüşləri işıqlandıran zaman həlak olub.

"Rudav televiziyasının tanınmış hərbi müxbiri və jurnalist Şifa Qardi Mosulda döyüşəri işıqlandıran zaman həlak olub"-Fransa xəbər agentliyi sosial mediada məlumat verib.

Mosul hava limanı azad edilib

İraq hərbi qüvvələrinin Mosulun qərb hissələrində irəliləməsi əks-terror qüvvələrinin 2014-cü ildən İŞİD-in nəzarətində olan aeroportun nəzarətini ələ keçirməsindən sonra baş verir.

Hərbi qüvvələr Qozlani hərbi bazasının nəzarətini bütünlüklə cümə günü ələ keçirib və son aylar ilk dəfə olaraq Mosulun Əl-Mamun hissəsinə daxil olub.
İraq hərbi qüvvələrinin hava limanını ələ keçirməsi əsgərlərə Mosula cənub-şərqdən daxil olmaq və şəhərin Fərat çayının qərb sahilindəki hissəsinə ilk dəfə olaraq nəzarət etmək imkanı verir.

İŞİD Mosulun şərq hissəsindən yanvar ayında çıxarılmağa başlayıb, lakin yaraqlı qrup hələ də şəhərin çayın iki hissəyə böldüyü qərb tərəfinə nəzarət edir.

İraq hərbi qüvvələri həmçinin İŞİD-in silah anbarını və bir zamanlar qərargahları və hərbi baraklarını ələ keçirib.

İraq təhlükəsizlik qüvvələrinin maskalı əsgəri Mosulda İŞİD militantlarına qarşı reyd zamanı
İraq təhlükəsizlik qüvvələrinin maskalı əsgəri Mosulda İŞİD militantlarına qarşı reyd zamanı

ABŞ-ın dəstəyi

Lakin Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatları uzun vaxt ala bilər. İraq qüvvələrinin şəhərin şərq hissələrinin nəzarətinin geri qaytarılması əməliyyatları üç ay sürmüşdü.

ABŞ hərbi qüvvələri hava hücumları keçirməklə və quruda hərbi məsləhət verməklə İraq hərbi qüvvələrinin irəliləməsində mühüm rol oynayır. ABŞ hərbi qüvvələri cümə axşamı günü döyüşlər zamanı cəbhə xəttində görünüb.

Vaşinqtonun ABŞ-ın İraqda əməliyyatlar cəlb olunmasına dair şərtlərinə əsasən, Amerika əsgərləri döyüşlərdə iştirak edə bilməz. Lakin hərbi qüvvələrinin polkovniki Con Dorrison bildirib ki, son həftələr hərbi qüvvələr cəbhə xəttinə o qədər yaxınlaşıb ki, Mosul yaxınlığında hücuma məruz alıb və cavab atəşi açıb.

XS
SM
MD
LG