Accessibility links

Təhlilçilər: Mosulun çoxməzhəbli höküməti olmalıdır [Video]


Təhlilçilər: Mosulun çox-məzhəbli höküməti olmalıdır
please wait

No media source currently available

0:00 0:01:54 0:00

İraqın hökümət qüvvələrinin bir neçə gün içində Mosulda İslam Dövləti üzərində son qələbələəni çalacağı gözlənilir. Lakin ekspertlər xəbərdarlıq edir ki, hərbi qələbə regionda sülhün davam edəcəyinə zəmanət vermir. Onlar Bağdadı regionda yaşayan müxtəlif qruplar arasında əməkdaşlığı inkişaf etdirməyə çağırır.

Bu dərəcədə sarsılmış bir cəmiyyətdə insanlar bir birinə inanmamağa başlayır və birlikdə iş görmür. Onlar arasında əməkdaşlığı inkişaf etdirmək və tədricən etibarı bərpa etmək lazımdır. Bu, anidən baş verməyəcək.
Maykl O'Hanlon

Mosulun şərqi hissəsinin sakinləri son üç ildə ilk dəfə olaraq Ramazan bayramını İslam Dövlətindin əsarəti altında olmadan qeyd edir.

“Biz hələ də şəhərin qərb tərəfində olan qohumlarımıza demək istəyirik ki, təhlükəsizlik qüvvələri sizi xilas etməyə gəlir. Ona görə də, qorxmayın və onlarla işbirliyi etməkdən çəkinməyin. Allah qoysa siz gec-tez İslam Dövlətindən qurtulacaqsınız”, Mosulun şərqinin sakini İssam İbrahim söyləyir.

Hökümət qüvvələri Mosulun tarixi mərkəzinə doğru irəliləyir. Ora şəhərin militantlar tərəfindən nəzarət olunan son hissəsidir. Bazar günü köhnə şəhərin üzərindəki səmanı tüstü bürümüşdü. Köhnə Şəhər sıx məskunlaşdığı üçün oradakı döyüş çətin keçir.

“Bu günədək minlərlə ailə xilas edilib. Əməliyyat davam edir, amma hər hansı bir irəliləyiş əldə etmək üçün diqqətli olmaq lazımdır ki, mülki şəxslər və qoşunlar xəsarət almasın”, Anti-terror xismətindən general-leytenant Əbdülvəhab Əl-Saadi deyir.

Amma şəhərdə ölənlər də olur.

Mosul
Mosul

“Mənim qızlarım. Onlar müsadirə altında idi. Hava hücumu nəticəsində bizim ev dağıldı və mən qızlarımı itirdim. Mən qızlarımın yanına geri dönmək istəyirəm. Mən getmək istəyirəm. Bəlkə də onlar sağdır”, deyə Mosulun didərgin düşmüş sakini Suham Məhəmmməd bildirir.

Bütün çətinliklərə baxmayaraq, Bağdad şəhərin tezliklə ələ keçiriləcəyinə əmindir.

Ekspertlər deyir ki, İslam Dövlətinin hərbi məğlubiyyəti Mosulda daimi sülhün bərqərar olacağına zəmanət vermir.

Bu günədək minlərlə ailə xilas edilib. Əməliyyat davam edir, amma hər hansı bir irəliləyiş əldə etmək üçün diqqətli olmaq lazımdır ki, mülki şəxslər və qoşunlar xəsarət almasın.
Əbdülvəhab Əl-Saadi

“Çünki bu dərəcədə sarsılmış bir cəmiyyətdə insanlar bir birinə inanmamağa başlayır və birlikdə iş görmür. Onlar arasında əməkdaşlığı inkişaf etdirmək və tədricən etibarı bərpa etmək lazımdır. Bu, anidən baş verməyəcək”, deyə Brukinqs İnstitutundan Maykl O’Hanlon bildirir.

Mosulun süqutu İslam Dövlətinin İraqdakı xəlifləiyinə son qoyacaq. Qrupun həmçinin Suriyadakı istinadgahını da itirəcəyi gözlənilir. Amma militantlar hələ də, İraq və Suriyada böyük ərazilərə nəzarət etməyə davam edir.

XS
SM
MD
LG