Accessibility links

İraq nefti - risklər, perspektivlər və geo-siyasət


ABŞ-ın müdaxiləsindən doqquz il keçdikdən sonra İraq hökuməti ölkənin dünya bazarında mühüm enerji təchizatçısı kimi meydana çıxdığını bildirir. Lakin ekspertlər İraqın bəzi bölgələrində qeyri-sabitliyə işarə edərək riskləri göstərir.

İraq rəsmilərinin sözlərinə görə, son kəşflər ölkədə dünyanın ən böyük, 350 miyon barrelə qədər neft yataqlarının olduğunu göstərir.

Bu rəqəmlər hələ təsdiq edilməyib, lakin çoxları İraqın nəhəng potensiala malik olduğuna inanır.


Iraq Oil
please wait
Embed

No media source currently available

0:00 0:03:10 0:00

Bu həftə Londonda "İraq nefti 2012" mövzusunda konfransda iştirak edən İraq partlamentinin neft komitəsinin sədri Bəyazid Həsən Abdulla ölkənin böyük potensiala malik olduğunu deyib. Onun sözlərinə görə, 2017-ci ilin sonuna qədər İraq gündə 12 milyon barrel neft hasil edə bilər.

London konfransı iştirakçıları arasında BP şirkətinin keçmiş icraçı direktoru Toni Heyvard da olub. O hazırda İraqın şimalında ən böyük neft hasilatçısı olan Genel Energy şirkətinin rəhbəridir.

Toni Heyvard deyir ki, dünyanın ən böyük neft və qaz təchizatçısı kimi səhnəyə çıxması üçün İraqın hər yerində yeni infrastruktura ehtiyac duyulur. Lakin bundan daha vacib İraq vətəndaşları üçün həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

On illərdir müharibə və sanksiyalardan sonra İraqın neft və qaz infrastruktur digər aparıcı təchizatçı ölkələrdən geri qalır.

Exxon və digər böyük xarici neft şirkətləri İraqda neft yataqlarının istismarı və neft kəmərlərinin inşası üzrə layihələr imzalayıb. Lakin ekspertlər İraq siyasətinin xarici investisiyalarının gerçəkləşməsinə mane olduğunu deyir.
Londonda Chatthan House siyasət institutunda müstəqil ekspert Pol Stivens deyir ki, ölkədə neftə dair qanun qəbul edilməlidir.

Təhlilçilərin qeyd etdiyi risklərdən biri də təriqət zəminində zorakılıqlardır.
Şimalda yarı –muxtar Kürdüstan regionundan Bağdada neft ixracatı bu ilin əvvəli ödənişlərin yerinə yetirilməməsi üzündən dayandırılıb. Böyük siyasi dəyişikliklərin baş verdiyi bir regionda yerləşən İraq Suriya və İranla həmsərhəddir.

İraqın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Müvəffəq Əl-Rübayi vəziyyəti şərh edərək deyir ki, Suriya, Misir, Yəməndə və başqa yerlərdə baş verən proseslər İraqa öz təsirini göstərəcək.

Bütün risklərə baxmayaraq, İraq aprel ayında gündə 2,5 milyon barreldən artıq neft ixrac edib. Bu isə 1980-ci illərlə müqayisədə iki dəfə çoxdur.
XS
SM
MD
LG