Accessibility links

İraq ordusu Haviya şəhəri uğrunda mübarizə aparır


İraqın baş naziri Heydər əl-Abadi cümə axşamı açıqlama verərək bildirib ki, qüvvələr İslam Dövlətinin işğalı altındakı son İraq ərazilərindən biri olan Haviya şəhərini nəzarətini geri almağa başlayıb.

Haviya İraqın paytaxtı Bağdaddan 240 kilometr şimalda və neft şəhəri Kərkükün qərbində yerləşir.

İraq qoşunları 2014-cü ilin ortalarından etibarən İŞİD-in nəzarətində olan bu şəhərin tam azad edilməsi üçün səylərini davam etdirir.

Militantların İraqın şimal və qərb ərazilərini ələ keçirərkən on minlərlə insan təhlükəsizlik səbəbindən qaçmaq məcburiyyətində qalmışdı.

Bir həftədən çoxdur ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri İslam Dövlətinə aid tunellər, nəqliyyat vasitələri və silahların yerləşdiyi Haviya bölgəsinə havadan zərbələr endirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG