Kürdlərin Peşmərqə döyüşçülərinin köməyi ilə İraq ordusu İslam Dövlətinin nəzarətindəki Mosul şəhərinin geri alınması yolunda ilk addımlarını atıb.
Bu gün İraqın Birləşmiş Ştatların təlim keçdiyi 15-ci diviziyasının iki briqadası Mosulun cənub-şərqindəki altı kənd uğrunda döyüşlərə başlayıb. Döyüşlərdə sünni qəbilələrin üzlərinin də iştirak etdiyi bildirilir.
İraq kürdlərinin Peşmərqə hərbi dəstəsinin generalı Nəcat Əli Amerikanın Səsinə verdiyi müsahibəsində İraq ordusunun hücuma keçdiyini və bunun Mosul uğrunda ilk addımın olduğunu bildirib.
Hücumlara bu yaxınlarda İslam Dövlətinin atdığı raketin Birləşmiş Ştatlar Hərbi Dəniz Donanması əsgərinin öldürüldüyü Maxmurdan başlandığı bildirilib.