Accessibility links

İraq qüvvələri ilə Peşmərgə dəstələri arasında qarşıdurma güclənir


İraqın şimalını "İslam dövləti" qruplaşmasından təmizləmək üçün birgə vuruşan mərkəzi hökumət qüvvələri ilə kürd Peşmərgə dəstələri arasında qarşıdurma güclənir.

İraq hökuməti kürd yaraqlılarına oktyabrın 15-dək vaxt vermişdi ki, "İslam dövləti" qruplaşması ilə döyüşlər zamanı ələ keçirdikləri strateji yüksəklikləri boşaltsınlar.

Amma peşmərgələr hələ də mövqelərdə qalmaqda davam edirlər.

Kürdlərin "müstəqillik referendumu"nun ardınca Kərkükdə gərginlik artır.

Hər iki tərəf ABŞ-ın müttəfiqləridir və ABŞ hərbi məsləhətçilərinin gərginliyi azaltmaq üçün hər iki tərəflə işlədiyi deyilir.

Bu barədə ABŞ-ın müdafiə naziri Cim Mattis bildirib.

Peşmərgə komandirləri deyirlər ki, mövqeləri qorumaq üçün əllərindən gələni edəcəklər və "istənilən qarşıdurmaya hazırdırlar".

Onlar öz bayraqlarını, qarşılarında mövqe tutan İraq ordusu isə İraq bayrağını qaldırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG