Accessibility links

ABŞ İraq qüvvələri ilə Peşmərqə arasında atəşkəs iddiasını rədd edib


An Iraqi soldier removes a Kurdish flag from Altun Kupri on the outskirts of Irbil, Iraq, Oct. 20, 2017.
An Iraqi soldier removes a Kurdish flag from Altun Kupri on the outskirts of Irbil, Iraq, Oct. 20, 2017.

İraqda İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələri İraq qüvvələri ilə kürdlərin Peşmərqə döyüşçüləri arasında atəşkəs əldə edildiyini bəyan etsə də, az sonra bunun rəsmi atəşkəs olmadığını bildirib.

ABŞ ordusunun sözçüsü Rayan Dillonun bildirdiyinə görə, tərəflər dialoq aparıb, lakin atəşkəs əldə edilməyib.

İraq ordusu ilə Peşmərqə arasında qarşıdurma həftələrlə davam edib. İraq qüvvələrinin şimal ərazilərə irəliləməsi ilə döyüşlərə ara verilib. Şimal regionu kürdlər tərəfindən İŞİD-dən təmizlənib.

Hazırda kürdlər ciddi müqavimət göstərmədən bölgəni tərk edib.

Cümə axşamı İraqın baş naziri Heydər Əl-Abadi kürd liderlərin münaqişədən yayınmaq məqsədilə müstəqillik referendumunun nəticələrini dondurub dialoq başlatmaq təklifini rədd edib.

Cümə axşamı danışıqlar üçün İranda səfərdə olan Əl-Abadi verdiyi bəyanatda hökümətinin refendumun nəticələrinin ləğv edilməsini və konstitusiyaya hörmət bəslənməsini qəbul edəcəyini bildirib.

Sentyabr ayında keçirilən refendumda iştirak edənlərin böyük əksəriyyəti şimal kürd regionunda müstəqillik lehinə səs verib.

Əl-Abadi səsverməni qeyri-qanuni adlandırıb və cavab olaraq qüvvələrini kürdlərin nəzarəti altında olan mübahisəli ərazilərin nəzarətini almağa göndərib.

Referendum nəticələrini kənara qoyub danışıqlar təklif etməklə yanaşı, kürdlər həm də İraqın şimalında yerləşən regionlarında bütün hərbi əməliyyatlara dərhal son qoyulmasına çağırıb.

XS
SM
MD
LG