İraq paytaxtında İŞİD üzərində qələbə münasibətilə bazar günü hərbi parad keçirilib. Bundan bir gün öncə baş nazir Heydər Əl-Abadi cihadçı qrupa qarşı mübarizənin müvəffəq şəkildə başa çatdığını elan edib.
Hərbi parad canlı yayımda göstərilməyib və yalnız dövlətə məxsus media nümayəndələri orada iştirak edib.
Şahidlərin bildirdiyinə görə, İraq hərbi qüvvələrinin birləşmələri Bağdadın mərkəzi meydanı ilə addımlayıb, helikopterlər və döyüş təyyarələri isə meydan üzərində uçub.
Bizim qüvvələr İraq-Suriya sərhədini tam nəzarət altına alıblar və beləliklə, mən İŞİD üzərində müharibənin sona çatdığını elan edirəm.Heydər Əl-Abadi
Baş nazir Abadi Twitter sosial şəbəkəsində yazdığı mesajında İraq hərbi qüvvələrinə göstərdikləri xidmətə görə təşəkkürünü bildirib və həyatlarını qurban vermiş insanların xatirəsinə ehtiramını ifadə edib.
Abadi bazar gününü bayram elan edib.
İraqın baş naziri şənbə günü İslam Dövləti qrupunun İraqdan çıxarılması məqsədilə üç il davam edən müharibənin uğurla başa çatdığını elan edib.
İraqın bu elanı ona işarə edir ki, İŞİD-in İraqda özünün elan etdiyi `xilafət`in qalıqları da aradan götürülüb və bu ərazilərdə yaşayan insanlar İŞİD-in qəddar nəzarətindən xilas edilib.Heather Nauert
“Bizim qüvvələr İraq-Suriya sərhədini tam nəzarət altına alıblar və beləliklə, mən İŞİD üzərində müharibənin sona çatdığını elan edirəm” o, Bağdadda İraq jurnalistləri üçün keçirilən mətbuat konfransında bildirib.
Bu açıqlama Rusiyanın İŞİD-in Suriyada məğlubiyyətə uğradığını elan etməsindən iki gün sonra verilib. Moskva Suriya ordusuna dəstək verir.
İraq hökumətinin bildirdiyinə görə, qələbə o deməkdir ki, hərbi qüvvələr İraq-Suriya sərhədi ilə yanaşı, qərbdə səhra bölgəsini də azad edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert İraq xalqını və ölkənin təhlükəsizlik qüvvələrini təbrik edib. “İraqın bu elanı ona işarə edir ki, İŞİD-in İraqda özünün elan etdiyi `xilafət`in qalıqları da aradan götürülüb və bu ərazilərdə yaşayan insanlar İŞİD-in qəddar nəzarətindən xilas edilib”, o bildirib.