Accessibility links

İraq: ABŞ qüvvələrini ölkədən çıxarır


İraq hakimiyyəti İslam Dövləti (İŞİD) ekstremist qrupu üzərində “qələbə” çalındığını elan edəndən sonra ABŞ bu ölkədə qüvvələrini azaltmağa başlayıb. Bunu İraq hökumətinin sözçüsü fevralın 5-də deyib.

Səad Əl-Haditinin sözlərinə görə, İŞİD-lə mübarizə bitib və “Amerikanın iştirakının səviyyəsi azaldılacaq”.

Haditi bu ixtisarın hələ erkən mərhələdə olduğunu, ABŞ qüvvələrinin tam geri çəkilməsinin göstəricisi olmadığını qeyd edib.

Ancaq İraqdakı ABŞ koalisiyası bazasındakı qərb podratçılarına istinadla yayılmış məlumatlara görə, ABŞ əsgərləri artıq ölkədən çıxmağa başlayıb.

Həmin məlumatlarda ABŞ əsgərlərinin, silah və avadanlığının İraqdan Əfqanıstana daşındığı iddia olunur.

XS
SM
MD
LG