Accessibility links

İraq qüvvələri Ramadi şəhərinə daxil olub


İraq ordusunun bildirdiyinə görə, qüvvələr Ənbar vilayətinin Ramadi şəhərinə daxil olub və hazırda mərkəzə doğru irəliləyir.

İraqın dövlət televiziyası qoşunların minalar və İŞİD-in orada yerləşdirdiyi tələləri təmizlədikdən sonra qərb bölgəsindən Ramadiyə girdiyini xəbər verib. Məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Ənbar əməliyyatlarının sözçüsü Yəhya Rəsul İraq qüvvələri, polis, qəbilə üzvləri və şiə könüllülərlə birgə əməliyyatların nailiyyətli getdiyini bildirib.

General deyib ki, Ramadinin azadlığı uğrunda mübarizə zamanı düşmən qüvvələrin bəzi mövqeləri dağıdılıb. O, İŞİD yaraqlılarının geri çəkildiyini və onlara qarşı daha ağır zərbələr endiriləcəyini bildirib.

İraqın baş naziri Heydər Əl-Əbədi isə islamçılara qarşı mübarizəyə xarici qüvvələrin cəlb edilməsinin əleyhinə olduğunu deyib. O, hava zərbələrinin İraq ordusu ilə koordinasiyalı şəkildə həyata keçirilməsinə çağırıb. Baş nazir Rusiya ilə təhlükəsizlik əməkdaşlığına başlandığını inkar edib.

XS
SM
MD
LG