Accessibility links

Sincar: Dağılmış şəhərdə itirilmiş həyatlar [Video]


Sincar: İŞİD terroru nəticəsində dağılmış şəhər
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Regionda İslam Dövləti qrupu ilə müharibənin davam etdiyi bir vaxt İraqın Sincar şəhəri ekstremistlərdən bir əvvəl azad edilməsinə baxmayaraq hələ də bərpa edilməyib. Amma şəhərdə yaşayan yəzidilər üçün dağıntlar və itkilərdən daha ağır bu dini azlığa qarşı soyqırımdır.

Bir zamanlar səs-küylü Sincar şəhəri tam dağılıb. Şəhərdə nə infrastruktur, nə də demək olar əhali qalmayıb.

Bir il bundan əvvəl Peşmərgə qüvvələrinin şəhəri azad etməsindən sonra buraya bir neçə ailə qaıyıb. Bölgədəki müxtəlif hərbi qruplar İŞİD-ə qarşı mübarizədə birləşib.

Yerli sakinlər 2014-cü ildə İŞİD-in şəhəri sürətlə ələ keçirdiyini xatırlayır.

“Onlar buraya gələndə yaxşı silahlanmışdılar. Çünki artıq Mosulu ələ keçirmişdilər və çoxlu silah oğurlamışdılar. Onlar hücum edəndə bizim əsgərlərimizdə Kalaşnikov avtomatları var idi, İŞİD-in isə ağır artilleriyası.”

Bundan sonrakı günlər və aylar on minlərlə insan şəhəri tərk etdi. Bəziləri aclıqdan ölmş, başqaları isə İŞİD-in yəzidilərə qarşı törətdikəri əməllərdən qorxub intihar etmişdi.

Buraya minlərlə qadın və qızın oğurlanması daxildir.

Naam Farham yeddi uşaq anasıdır.

“Mən adamların başına gətirilənləri görməkdənsə ölmək istəyərdim. 3 mn yəzidi qız və qadın, yəzidi uşaqdan söhbət gedir. Kişiləri öldürmək bir işdir, amma qadın və qızları oğurlayıb zorlamaq, bu nədir?”

Peşmərqə qüvvəlri Sincarı bir il əvvəl azad edib və İŞİD-in mövqelərindən bir neçə kilometrlik məsafədə mövqelər qurub. Əsgərlər deyir ki, ağır döyüşlər yalnız keçən ay dayanıb və ekstremistlər hələ də regionun 20 faizindən çoxunu işğal altında saxlayır.

Bu əsgərlər məsuliyyəti yaxşı başa düşür.

Peşmərqə qüvvələrinin bölmə komandiri Talib Naif Caso.

“İŞİD insanları qruplarla götürüb, onları öldürüb, cəsədləri yük maşınlarına atır. Hətta qoca qadınları belə. Cəsədlər dəliklərə atılır, bəzi adamlar isə diri-diri basdırılır”

Yerli sakinlər dağılmış şəhərin bərpa oluna biləcəyinə inanmırlar. Onlar insanların həyatının dağıldığı bu yerdə yaşamağın da çox çətin olacağını deyirlər.

XS
SM
MD
LG