Accessibility links

İraq tələbələri anti-hökümət nümayişlərinə qoşulub


İraqda minlərlə tələbə bazar ertəsi hökumət əleyhinə etiraz aksiyalarına qatılıb.

Tələbələr bazar ertəsi etiraz aksiyalarında iştirak etmək üçün Bağdadın bir sıra universitetlərində və orta məktəblərində dərslərə getməyib.

Oktyabrın əvvəlindən başlayan nümayişlər korrupsiya, iqtisadi durğunluq və keyfiyyətsiz dövlət xidmətlərinə qəzəbdən qaynaqlanır.

Etirazların mərkəzi olan Bağdadın Təhrir Meydanında nümayişçilər: "Bu tələbə inqilabıdır, hökumətə, partiyalara yox!"

Təhlükəsizlik qüvvələri etirazçıların Yaşıl Bölgəyə aparan əsas körpüdən, hökumət idarələri və səfirliklərin binalarına keçməməsi üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

Bu ayın əvvəlindən başlayandan bəri etirazlar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ən azı 219 nəfər həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG