Accessibility links

İraqda intiharçı hücumunun məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb


İraq paytaxtı Bağdaddan cənub-şərqdəki Nəhravan şəhərinin super-marketində azı 17 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumunun məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb.

Yerli media bazar ertəsi həyata keçirilən hücum zamanı azı 28 nəfərin də yaralandığını bildirib.

Təhlükəsizlik rəsmilərinin dediyinə görə, özlərini partlatmazdan əvvəl iki intiharçı mülki vətəndaşlara silahdan atəş açıb.

İraq hərbi qüvvələri ekstremistlərin İraqın qərbində Suriya ilə sərhəddə nəzarət etdiyi geniş ərazilərdən çıxarılmasından sonra militant qrupa qarşı son hərbi əməliyyatları aparır.

Keçən həftə İraqın baş naziri Heydər Əl-Abadi ölkənin İslam Dövləti qrupu üzərində qələbəni yaxın zamanda elan edəcəyini deyib. Lakin İraq təhlükəsizlik rəsmiləri bildirir ki, onlar İslam Dövlətinin özünün elan etdiyi xilafətin dağılması, döyüşçülərinin isə İraq və Suriya ərazilərindən sıxışdırılıb çıxarılmasından sonra daha israrla döyüşə qalxa biləcəyini gözləyir.

XS
SM
MD
LG