Bu gün İraqın şimal Kərkük şəhərində sünni məscidi yaxınlığında həyata keçirilən bomba hücumu azı 11 nəfərin ölümünə səbəb olub. Bomba müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə səhər namazı qılmasından sonra partladılıb. İnsident zamanı azı 22 nəfərin də yaralandığı deyilir.
BMT baş katibi Ban Ki Mun bu gün açıqladığı bəyanatında Qurban bayramı zamanı həyata keçirilən bomba hücumlarını qınayıb və deyib ki, bayram günlərində ehtiyacları olanlara yardım edən iraqlılar belə mənfur hücumlara məruz qalmamalıdırlar.
Cənab Ban İraq liderlərini ölkədə siyasi birliyə nail olmaq yolunda çalışmağa və təriqətlərarası zoraklıqlara son qoymağa çağırıb.