Accessibility links

İraq qüvvələri sünni yaraqlıların ələ keçirdiyi 4 kəndin nəzarətini geri alıb


İraq qüvvələri sünni islamçı yaraqlıların ələ keçirdiyi 4 kəndin nəzarətini geri alıb.

Şiə döyüşçülərin dəstəyi ilə dünən də qüvvələr İslam Dövləti qruplaşmasının yaraqlıları ilə şiddətli döyüşlərdən sonra İraqın şimalında bir qəsəbənin nəzarətini geri alıb.

Aylarla davam edən döyüşlərdən sonra İŞİD yaraqlılarını Curf Əl-Şəhər və Zumar qəsəbələrin çıxmağa məcbur olub.

Sünni yaraqlılar Curf Əl-Şəhərdəki gizli tunellərdə silahlar və hərbi avadanlıq saxlayır.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, əlavə bölgələrin ələ keçirilməsi əməliyyatlarını yollara yerləşdirilən bombalar çətinləşdirir.

XS
SM
MD
LG